• cümə, 19 Aprel, 18:52
  • Baku Bakı 24°C

DÇ-2018-ə dəvət almış hakim həbs edildi

15.05.18 11:30 679
DÇ-2018-ə dəvət almış hakim həbs edildi
Səudiyyə Ərəbistanının futbol federasiyası hakim Fahad Əl-Mirdasini ömürlük cəzalandırıb.
Kaspi.az xəbər verir ki, Fahad danışılmış oyunlarda iştirakda ittiham edilib. O, mayın 12-də keçirilən ölkə kubokunun final qarşılaşmasına təyinat alıb.
Ancaq hakim mayın 11-də finalda oynayacaq komandalardan biri ilə əlaqə saxlayaraq, onlardan mükafat tələb edib. Klub rəhbərliyi məsələ ilə bağlı federasiyanı məlumatlandırıb.
Federasiya isə hüquq-mühafizə orqanlarına müraciət edib. Fahad Əl-Mirdasi həbs olunub. Qeyd edək ki, o, DÇ-2018-i idarə edəcək hakimlərin siyahısına daxil edilmişdi. Fahad ötən il Konfederasiyalar Kubokunda da iş başında olmuşdu.
banner

Oxşar Xəbərlər