• cümə, 29 Mart, 12:42
  • Baku Bakı 14°C

DÇ-2018: Bu gün iki qrupda mübarizəyə yekun vurulacaq

25.06.18 09:30 558
DÇ-2018: Bu gün iki qrupda mübarizəyə yekun vurulacaq
DÇ-2018 davam edir. Apasport.az saytının məlumatına görə, bu gün A və B qruplarında mübarizəyə yekun vurulacaq.
A qrupunda artıq 1/8 finala vəsiqəni təmin etmiş iki komanda Uruqvay və Rusiya liderlik üçün yarışacaqlar. İlk pillədə qərarlaşmaq üçün Rusiyaya heç-heçə də sərf edir. Belə ki, vurulan və buraxılan topların fərqində meydan sahibləri daha üstündür. Qrupun digər oyununda isə Səudiyyə Ərəbistanı və Misir nüfuz savaşına çıxacaqlar.
B qrupunda isə vəziyyət fərqlidir. 1/8 finala şansı davam edən 3 yığma gərgin mübarizəyə girəcəklər. Hərəyə 4 xalı olan İspaniya və Portuqaliya ilk pillədə qərarlaşıblar. 3 xala malik İran Portuqaliya ilə görüşdə mütləq qələbə qazanmalıdır. Əks halda, İspaniya - Mərakeş oyununun nəticəsindən asılı olmayaraq, 1/8 finala qonşular yüksələcəklər.
banner

Oxşar Xəbərlər