• şənbə, 20 Aprel, 07:33
  • Baku Bakı 14°C

DÇ-2014: son 1/4 finalçılar müəyyənləşir

01.07.14 16:35 1256
DÇ-2014: son 1/4 finalçılar müəyyənləşir
Bu gün keçiriləcək iki oyunla Braziliyada təşkil olunan futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinə yekun vurulacaq. Qol.az-in verdiyi xəbərə görə, bu oyunlardan sonra mundialın bütün 1/4 finalçıları müəyyənləşəcək.
İlk olaraq meydana Argentina və İsveçrə yığmaları çıxacaq. Bu oyun Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
1/8 final mərhələsinin son matçında Belçika və ABŞ komandaları üz-üzə gələcək. Həmin matçın start fiti Bakı vaxtı ilə saat 01.00-da veriləcək.
Argentina - İsveçrə və Belçika - ABŞ oyunlarının qalibləri 1/4 finalda bir-birilə qarşılaşacaq.
Artıq mundialın 1/4 final mərhələsinin 3 cütlüyü müəyyənləşib. Bu mərhələdə Braziliya - Kolumbiya, Hollandiya - Kosta-Rika və Fransa - Almaniya görüşləri keçiriləcək.
1 iyul
1/8 final mərhələsi
21:00. Argentina - İsveçrə
Baş hakim: Jonas Erikson (İsveç)
01:00. Belçika - ABŞ
Baş hakim: Camel Haymoudi (Əlcəzair)
banner

Oxşar Xəbərlər