• cümə, 29 Mart, 17:30
  • Baku Bakı 14°C

DÇ-2014-ə son vəsiqənin sahibi müəyyənləşdi

21.11.13 07:42 1252
DÇ-2014-ə son vəsiqənin sahibi müəyyənləşdi
Apasport.az saytının məlumatına görə, bununla da son, yəni 32-ci bəxtəvər milli komanda müəyyənləşib. Bu, Uruqvay yığması olub.
Səfərdəki ilk oyunda İordaniyanı 5:0 hesabı ilə məğlub edərək yolu yarılayan cənubi amerikalılar bu dəfə də sərfəli nəticə qazanmağa müvəffəq olub. Oskar Tabarezin yetirmələri doğma azarkeşləri qarşısında meydandan qolsuz bərabərliklə ayrılsalar da ilk matçdakı qələbəyə görə, adını DÇ-2014-də vəsiqə qazanan iştirakçılar arasına yazdıra bilib.
Uruqvay – İordaniya 0:0
(ilk oyun – 5:0)
Avropa: İspaniya, İtaliya, Almaniya, İngiltərə, Hollandiya, Belçika, Rusiya, İsveçrə, Bosniya və Hersoqovina, Portuqaliya, Fransa, Xorvatiya, Yunanıstan;
Asiya: Cənubi Koreya, Yaponiya, Avstraliya, İran;
Cənubi Amerika: Braziliya, Argentina, Çili, Kolumbiya, Ekvador, Uruqvay;
Şimali Amerika: ABŞ, Kosta-Rika, Honduras, Meksika;
Afrika: Fil Dişi Sahili, Kamerun, Nigeriya, Qana, Əlcəzair.
banner

Oxşar Xəbərlər