DÇ-1962-nin qalibi öldü
Məşhur
braziliyalı futbolçu Antonio Vilson Vieyr Onorio vəfat edib.
Kaspi.az xəbər
verir ki, Kautino kimi tanınan veteran futbolçu 76 yaşında dünyasını dəyişib.
Koutino "Santos”un yetirməsi sayılır. O, bu klubda 1958-ci ildə debüt edib.
Koutino
1960-1965-ci illərdə Braziliya yığmasına dəvət alıb. DÇ-1962-də dünya çempionu
olub. O, karyerasını 1973-cü ildə bitirib.