• cümə, 29 Mart, 17:02
  • Baku Bakı 14°C

Üçüncü Ümumukrayna Forumu keçirilib

24.05.13 14:22 1863
Üçüncü Ümumukrayna Forumu keçirilib
Ukraynanın Odessa şəhərində Azərbaycan Höküməti, Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, ASAİF, Ukrayna Gənclər Forumu və Ümumukrayna Gənclər Assambleyasının dəstəyi ilə Ukrayna Azərbaycanlı Gənclər Birliyi tərəfindən 3-cü Ümumukrayna Forumu təşkil olunub.
Forum Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Azərbaycan gənclərinin inkişafı istiqamətində qarşıya qoyduğu vəzifə və tapşırıqlara Ukraynada nail olunması məqsədi ilə həyata keçirilib. 20-21 may 2013-cü il tarixlərini əhatə edən Forumda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədr müavini Mirhəsən Seyidov iştirak edib.
Forum zamanı Şərqi Avropa və Ukraynada təhsil alan və məzun olan gənclərin Azərbaycanın milli-mənəvi dəyərlərinin ətrafında birləşərək, Azərbaycanın maraqlarının təbliğinin gücləndirilməsi, təbliğatın səmərəliliyinin artırılması və başqa mövzular ətrafında müzakirələr aparılıb və dövlət rəsmilərinin çıxışları dinlənilib. Şərqi Avropa və Ukraynada təhsil alan 350-dən çox azərbaycanlı gəncin qatıldığı forum zamanı həmçinin orada təhsil alan gənclərin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyinin dəstəkləməsi ilə bağlı bəyanat qəbul olunub. Ukrayna-Azərbaycan münasibətlərinin, hər iki ölkə gənclərinin əməkdaşlığının gücləndirilməsi mövzusunda müzakirələrlə davam edən Forumda M.Seyidov tərəfindən ARGTMŞ-nın təqdimatı da keçirilib. Qeyd olunub ki, ARGTMŞ hər zaman Azərbaycan və Ukrayna gənclərinin əməkdaşlığına dəstək olacaq.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər