• şənbə, 20 Aprel, 01:09
  • Baku Bakı 15°C

“Üçüncü günün adamı” filmi beynəlxalq festivala dəvət alıb

04.01.19 11:07 593
“Üçüncü günün adamı” filmi beynəlxalq festivala dəvət alıb
"Üçüncü günün adamı” bədii filmi Bolqarıstanda keçiriləcək 11-ci "Sofia Menar” beynəlxalq film festivalına dəvət alıb.
AZƏRTAC-a Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, film yanvarın 16-da Azərbaycana həsr olunmuş rəsmi gecədə nümayiş olunacaq.
Kinostudiya tərəfindən Babək Şirinsifətin rejissorluğu ilə çəkilən ekran əsərinin ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev və başqaları canlandırıblar.
banner

Oxşar Xəbərlər