Cümhuriyyətin 100 illiyi “Kaspi” liseyində qeyd edilib
Azərbaycan
tarixində ilk demokratik respublikanın qurulmasının 100 illiyi qeyd edilir. 100
il bundan əvvəl 28 Mayda yaradılan Azərbaycan Xalq Cümhuriyyəti bir çox ilklərə
imza atdı. Danılmaz faktdır ki, bu demokratik respublika az yaşamağına
baxmayaraq, xalqımızın tarixində silinməz izlər qoydu. Şərqdə ilk demokratik
respublika kimi əbədi tarixə həkk olunan Azərbaycan Xalq Cümhuriyyəti xalqın
azadlığı uğrunda mübarizəsinin ilk mərhələsi idi.
Çox qısa zaman yaşamasına baxmayaraq, AXC xalqımızın tərəqqisində böyük rol oynadı. 23 ay mövcud olmuş bir respublika haqqında bir əsrdir ki, danışılır və bundan sonrakı yüzilliklərdə də danışılacaq. Bu tarixi yaşatmaq və gələcək nəslə ötürmək üçün hər il may ayında bir sıra maarifləndirici tədbirlər keçirilir. Nəzərə alsaq ki bu il Cümhuriyyətimizin 100 illiyidir, bu ilki tədbirlər daha yüksək səviyyədə və təmtəraqlı keçirilir. Həmin tədbirlərdən biri də 25 mayda "Kaspi” liseyinin Ağ şəhər filialında baş tutub. Tədbirdə "Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Əməkdar jurnalist Qərənfil Dünyaminqızı və digər ictimai-siyasi xadimlər, nüfuzlu məktəb və liseylərin nümayəndələri iştirak edib.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə "Kaspi” Ağ şəhər liseyi "Cümhuriyyət” kuboku təsis edib. Bu kubok uğrunda bir neçə sahədə yarışlar keçirilib. Rəsm sərgisi ilə başlayan silsilə tədbirlər ölkənin bir neçə məktəbi arasında keçirilən futbol, şahmat, stolüstü tennis və "Xəmsə” milli-intellektual oyunları ilə davam edib. Və həmin yarışların qalibləri müəyyən edilib, həmçinin "100 il - 100 ağac” şüarı ilə Balaxanı Sənaye Parkında "Kaspi”nin şagirdləri 100 ədəd şam və küknar ağacı əkiblər. Bundan başqa, "Kaspi” liseyi tam fərqli və özünəməxsus bir addım ataraq ilk dəfə 1918-ci ildə, AXC dövründə nəşr edilən ilk uşaq-məktəb jurnalı olan "Dəbistan”a ikinci həyat verərək onu "Yeni Dəbistan” adı ilə nəşr etdirib. AXC-nin 100 illiyinə həsr olunan bu tədbirdə həm yenidən çap edilən jurnalın, həm də "Cümhuriyyət” kubokunun təqdimatı keçirilib. Təqdimat mərasimində yarışlarda yer tutan qaliblər mükafatlandırılıb və sertifikatla təltif olunublar.
Daha sonra "Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva qonaqları salamlayaraq hər kəsi əlamətdar gün münasibəti ilə təbrik edib: "AXC Azərbaycan xalqının tarixində silinməz izlərə sahibdir. Bu günü biz bayram kimi qeyd etməliyik. Və bu bayrama görə də ilk olaraq tədbir iştirakçılarını, daha sonra isə bütün xalqımızı təbrik edirəm. May ayının 15-dən bəri bu günün şərəfinə hər gün yığıncaqlar, maarifləndirici tədbirlər təşkil olunur. Həmin tədbirlərdə bir çox ziyalılarımız çıxış edərək həmin dövrün tariximizdəki yerindən söz açırlar. Təbii ki, bu tədbirlərinin hər birinin öz mahiyyəti var. Amma bu gün bir təhsil ocağında şagirdlərin iştirakı ilə hazırlanmış bu mərasim daha təqdirəlayiqdir. Uşaqların çıxışlarını dinlədikcə çox böyük qürur hissi keçirirəm ki, həmin şanlı dövrü kifayət qədər düzgün çatdıra bilmişik. O dövrdə demokratik respublikanın yaradılmasında "Kaspi” qəzetinin böyük rolu olub. "Kaspi” qəzetində çıxış edən ziyalılarımızın həmin dövrdə xalqın milli oyanışında, istiqlal mübarizəsindəki rolunu yüksək qiymətləndirməmək olmaz. Siz bu gün həmin ziyalıların varislərisiniz. Və onların qoyduğu dövlətçilik ənənələrinin davamçılarısınız. Cümhuriyyət dövrü bizim böyük dövlətçilik tariximizdir. Xalqımızın tarixində lap qədimdən Ağqoyunlu, Qaraqoyunlu kimi dövlətlər mövcud olub. Lakin onların heç biri bu cür demokratik ənənələrə, dünyəvi prinsiplərə əsaslanan dövlət deyildi. 1918-ci ildə qurulan AXC bütün dünyaya gözəl dövlətçilik modeli nümayiş etdirdi. Şərqdə ilk dəfə qurulan demokratik respublika malik olduğu üstünlüklərlə Qərbin özünü belə heyrətə gətirmişdi. Və bu gün həmin dövlətçilik prinsipləri prezidentimiz İlham Əliyevin başçılığı ilə yüksək səviyyədə həyata keçirilir. Cümhuriyyətimizin 100 illiyinin böyük təmtəraqla keçirilməsi də məhz onun imzaladığı sərəncama söykənir. Biz xoşbəxt dövlətin xoşbəxt vətəndaşlarıyıq. Bu gün üzərimizə düşən vəzifə bizə əmanət olunan dövlətimizi göz bəbəyi kimi qoruyub, gələcək nəsillərə ötürməkdir”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, biz azərbaycanlı olmağımıza görə fəxr etməliyik: "Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından, dili isə dünyanın ən zəngin dillərindən biridir. Ona görə də biz fəxr etməliyik ki, bu xalqın övladlarıyıq. Dünyada 6500 xalq var. Ancaq onlardan 200-ə yaxını öz dövlətini yaradıb. Azərbaycan xalqı dövləti, dövlətçilik ənənəsi olan bir xalqdır. Buna görə də biz özümüzlə qürur duymalıyıq. Biz dövlətçilik ənənələrinə sadiq olan, həmin ənənələri yaşatmağı bacaran xalqıq. Bu cür dövlətçilik ənənələrinə sahib olmağımızın ən bariz nümunəsi ədəbiyyatımızda görkəmli publisistlərimizin əsərlərində öz əksini tapmışdır. Şərqdə ilk dəfə qadına seçib-seçilmək hüququ verən bir dövlətə sahib olduğumuz üçün fəxr etməliyik. AXC 23 ay yaşamasına baxmayaraq, xalqın inkişafı naminə bir çox işlər gördü”.
Həm "Kaspi” qəzetinin, həm də "Dəbistan” jurnalının yenidən dərc edilməsinə bir jurnalist kimi sevindiyini bildirən Əməkdar jurnalist Qərənfil Dünyaminqızı bu işdə Sona Vəliyevanın çox böyük əməyi olduğunu dedi: "Hər iki mətbuat orqanının yenidən zühur etməsi xalqımız üçün olduqca əhəmiyyətlidir. Və bu işdə Sona xanımın əməyini qiymətləndirməmək olmaz. Bu iki mətbu orqanı AXC-nin qurulmasında yaxından iştirak edən ziyalıların toplaşdığı məkan olub. 100 il keçdikdən sonra "Dəbistan”ın "Yeni Dəbistan” adı ilə nəşr olunması məni çox şad etdi. Düşünürəm ki, bir xalqın inkişafında onun mətbu orqanlarının rolu danılmazdır”.
Günel Azadə