• cümə axşamı, 25 aprel, 00:21
  • Baku Bakı 19°C

Culfa sərhəd-keçid məntəqəsində yeni körpü

14.02.14 12:46 1491
Culfa sərhəd-keçid məntəqəsində yeni körpü
İran və Azərbaycan nümayəndə heyətlərinin iki mərhələdə apardıqları müzakirələrdən və son razılaşma əldə olunduqdan sonra Culfa sərhəd-keçid məntəqəsindəki yeni körpü bu gün səhərdən istifadəyə verilib.
Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pak Ayin bu barədə bildirib ki, Culfadakı yeni körpü avtomobillərin, köhnə körpü isə piyadaların keçməsi üçün istifadə olunacaq. O, müzakirələrdə iştirak edən nümayəndə heyətlərinə, xüsusilə Sərhəd Qoşunları və Xarici İşlər nazirliklərinin nümayəndələrinə təşəkkür edərək, yeni körpünün açılışını iki ölkə rəhbərlərinin və məsul şəxslərin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yolunda istək və iradələrinin göstəricisi kimi xarakterizə edib. Səfir ümidvar olduğunu bildirib ki, hazırkı vəziyyət iki ölkə vətəndaşları arasında ticarət əlaqələrinin də artmasına səbəb olacaq.
Qeyd edək ki, Culfada Araz çayı üzərində yerləşən körpü köhnə olduğundan, onu zədələməmək üçün İran körpü üzərindən 30 tondan çox yüklərin daşınmasına qadağa tətbiq edib.
banner

Oxşar Xəbərlər