• cümə, 19 Aprel, 23:27
  • Baku Bakı 24°C

Culfa-Ordubad avtomobil yolunun tikintisinə 30 milyon manat ayrılıb

16.05.18 18:20 671
Culfa-Ordubad avtomobil yolunun tikintisinə 30 milyon manat ayrılıb
Azərbaycan prezidentiİlham ƏliyevNaxçıvan Muxtar Respublikasında Culfa–Ordubad magistral avtomobil yolununtikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədi ilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 30 milyon manatı Naxçıvan Muxtar RespublikasınınNazirlər Kabinetinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər