AZE | RUS | ENG |


Cüdoçumuz Hidayət Heydərov Avropa çempionu olub

Cüdoçumuz Hidayət Heydərov Avropa çempionu olub
Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə - aprelin 21-də Azərbaycan milli komandasının üç üzvü tatami üzərinə çıxıb. Onlardan ikisi aktivinə medal yazdırıb.
Bütün rəqiblərinə qalib gələn Hidayət Heydərov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin çəki dərəcəsində çıxış edən digər cüdoçumuz, "Rio-2016”nın mükafatçısı Rüstəm Orucov bürünc medalla kifayətlənib.
Qeyd edək ki, çempionatın ilk günündə millimizin üzvləri Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) bürünc medala sahib olublar.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7026
GBP 1 İngilis funt sterlinqi 2.1922
TRY 1 Türk lirəsi 0.4768
KWD 1 Küveyt dinarı 5.6088
SEK 1 İsveç kronu 0.1957
EUR 1 Avro 1.9062
CHF 1 İsveçrə frankı 1.7478
USD 1 ABŞ dolları 1.7020