“Covid-19”u qrip zənn etmək ölümlə nəticələnə bilər
Həkimlər deyir ki, hər
hansı əlamət varsa, mütəxəssislə məsləhətləşmək vacibdir
Bəs burda
müəyyənləşdirməni necə aparaq? Ümumiyyətlə, indiki halda biz birinci qripi
düşünməklə nə dərədəcə doğru yanaşmış oluruq?
Gözləyirlər ki, bəlkə qrip olar
Mərdan Əliyev bildirdi
ki, yay aylarında qripə yoluxmaq ehtimalı sıfır dərəcəsindədir, ona görə də əlamətlər
varsa, Covid-19-dan yoxlanmaq lazımdır: "Qızdırma varsa, qripi yox, Covid-19-u
fikirləşməliyik. Çünki yaydır və kəskin respirator xəstəliklərin sezonu deyil.
Payız, qış ayları olsaydı, burda hər iki tərəfi eyni dərəcədə düşünmək lazım
gələrdi. İndi günvurma, istivurma ola bilər. Bu zaman xəstənin qızdırmasını nə
ilə əlaqələndirdiyinə baxılır. Deyirsə ki axşama qədər günün altında iş görüb,
evə gələndən sonra görüb ki, halsızdır, qızdırma, başağrısı var, bu zaman
günvurma ehtimalı çoxdur. Günvurmada da bir gün qızdırma olur, çoxlu maye qəbul
edilər və keçər gedər”.
Soyuq su içmisinizsə, kondisioner soyuğu vurubsa…
Mən xəstələrlə çox
ünsiyyətdə oluram. Bəzən deyirlər ki, həkim, soyuq su içdim, boğazım ağrıdı,
qızdırmam qalxdı, Covid-19 testi verim? Ya deyirlər ki, kondisioner altında çox
qaldım, qızdırmam qalxdı, rentgendən, Kompüter Tomoqrafiyasından keçim, test
verim? "Kondisioner altında çox qaldım, soyuq nəsə yedim, hərarətim qalxdı” -
deyib Covid-19 testi verməyin tərəfdarı deyiləm. Xəstə təxminən bilir ki, o,
kimləsə təmasda olub, yoxsa özü-özünü xəstələndirib? Evdən işləyir, insanlarla
heç bir təması yoxdursa, özü də bilirsə ki soyuq yeyib-içib qızdırması qalxıb
və sair, o dəqiqə koronavirus demək olmaz. Yenə də özləri hərarətsalıcı
dərmanlardan istifadə etməsinlər. Həkim məsləhəti ilə hərəkət etsinlər”.
Yüngül əlamətlərlə keçirənlər soyuqdəymə bilirlər
N.Mustafayeva qeyd etdi
ki, koronavirusu yüngül əlamətlərlə keçirən, bunu adi soyuqdəymə zənn edənlər
çoxdur: "Dünya statistikasına baxsaq, xəstələrin 81 faizi yeni növ koronavirus
infeksiyasını, ümumiyyətlə simptomsuz və ya yüngül respirator əlamətlərlə
keçirir. Ümumilikdə isə, bu xəstəliyin müddəti hər şəxsdə fərqlidir, bəziləri
cəmi 1 gün qızdırma hiss edə bilər, bununla da xəstəliyi başa vurar, digərləri
isə daha uzun müddət xəstəliklə mübarizə aparmaq məcburiyyətində qala bilər. Bu
müddət xəstələrin immun sistemindən, yaşından, yanaşı xəstəliklərindən və bir
çox başqa səbəblərdən asılıdır. Qısa müddət xəstəlik simptomları hiss edən
şəxslər bəzən düşünürlər ki, onları evdə apardıqları hansısa müalicə metodu
sağaltdı, nəticədə başqalarına da eyni üsulları məsləhət görürlər. Amma belə
düşünmək tamamilə yanlışdır, həm xəstəyə, həm də xəstə yaxınlarına yalançı
güvən hissi verir. Sadəcə olaraq, bu şəxslər yüngül keçirib, əlamətlərin özünü
göstərmə müddəti də qısa olub”.
Aygün Asimqızı
"Mənim ən böyük səhvim
ilk günlər xəstəliyi qrip zənn etməyim oldu”. Bu tipli cümlələri Covid-19-u
orta ağır və ağır keçirib sağalan şəxslərin çoxundan eşidirik. Virusdan
dünyasını dəyişənlərin yaxınları isə belə cümlələr səsləndirirlər: "İlk günlər
dedi ki, məndə qripdir, ağırlaşandan sonra həkimə müraciət etdi”.
Pandemiya ilk yayıldığı
dövrdə Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarında Covid-19-un simptomları
qeyd olundu. Təşkilatın mütəxəssisləri bildirdilər ki, virusun əsas simptomları
hərarət, süstlük və quru öskürəkdir. Bəzi xəstələrdə burun tutulması, burun
axması, boğazda ağrı, ishal ola bilər. Bu əlamətlər nadir hallarda müşahidə
olunur.
Fikir versək görərik ki,
əsas əlamətlər hər ikisində eynidir, qızdırma və öskürək. Və pandemiya dövrü
olsa da, nədənsə insanlar ilk vaxtlar onlarda Covid-19 olduğuna inanmırlar,
qripdən şübhələnirlər. Qızdırmasalan dərmanlar istifadə edib işə çıxanları da
az deyil.
Gözləyirlər ki, bəlkə qrip olar
İnfeksionist Mərdan Əliyev deyir ki, qrip zənn edib müalicəni yubatma ölüm hallarına
səbəb olan faktorlar sırasında ilk yerdədir: "Xəstəlik varsa, nəzarətsiz
qalmamalıdır. Qrip kimi baxılırsa, təbii ki, müalicə də doğru getmir,
nəzarətsiz qalmış olur. Covid-19 xəstənin immun sistemində problem olanda
qızdırma verir. Ən azı, virusa qarşı immun sistemində problem olduğunu
göstərir. Proses belədir ki, ilk 2-3 gün qızdırma olur, sonra düşür. Nadir
hallarda isə bir həftə davamlı şəkildə qızdırma qalır. 2-3 günə qızdırma
düşəndə, xəstə fikirləşir ki, yaxşıyam, qrip olubmuşam, düzəlmişəm. Ancaq
qızdırma düşsə də, virus ağciyərə enir və pnevmoniya verməyə başlayır.
Pnevmoniyanın əlaməti isə halsızlıq və yorğunluq olur. Xəstələr bu zaman həkimə
müraciət edirlər. Ya da nadir hallarda olsa da, bir həftə qızdırma düşmür və o
zaman həkimə üz tuturlar. Bu gün qızdırma varsa, sabah Covid-19-dan yoxlanma
hallarına demək olar ki, rast gəlmirik. Gözləyirlər ki, bəlkə qrip olar. Bu da
doğru yanaşma deyil və xəstəliyin ağırlaşmasına səbəb olur. Ölüm hallarına
gətirib çıxaran faktorlar sırasında da bunun payı ilk yerdədir. Total
pnevnomiya vəziyyətinə gəlib çıxandan, ağırlaşandan sonra xəstəni vəziyyətdən
çıxarmaq çətinləşir”.
Virusa yoluxsa da,
xəstəliyi ilk vaxtlar qrip zənn edib Covid-19 müalicəsi almayan və pnevmoniya
olan şəxs, vaxtında həkimə müraciət etsə, onun pnevmoniya ehtimalı aradan
qalxırmı? İnfeksionist bu sual ətrafında da fikirlərini bölüşdü: "Bununla bağlı
dəqiq nəsə demək mümkün deyil. Böyük ehtimalla yenə də pnevmoniya olacaq. Çünki
virusun müalicəsi üçün spesifik dərmanlar yoxdur. Amma hər halda ölüm halına
gətirib çıxarmaz”.
Soyuq su içmisinizsə, kondisioner soyuğu vurubsa…
Həkim-terapevt Məlahət Hümmətqızının sözlərinə görə, qızdırma, burun axması,
öskürək kimi əlamətlər olan şəxslər onlarda qrip, yoxsa Covid-19 olması ilə
bağlı sahə həkimindən məsləhət alsalar, daha yaxşı olar: "Covid-19 burun-udlaq
yolundan götürülən yaxma analiz vasitəsilə müəyyənləşir, pnevmoniya isə
rentgenlə. Hərarət, öskürək, burun axması və s. kimi əlamətlər varsa, buna
anında qrip, yaxud Covid-19 demək olmaz. Sahə həkiminə müraciət etməli, ona
vəziyyəti haqqında məlumat verməlidir. Həkim də xəstənin dediklərini analiz
edib, ona məsləhət verəcək”.
Həkimlərin hansı
hallarda Covid-19-dan şübhələnməyinə gəlincə, M.Hümmətqızı bunları söylədi:
"Əlamətlər varsa, xəstə düşünsün ki, o, kiminləsə təmasda olubmu? İşləyirsə,
yadına salsın ki, iş yerində, yaxud işlə bağlı təmasda olduğu şəxslərdən
kimdəsə Covid-19 varmı? Varsa, əlamət olan kimi, mütləq analiz versin, həkimə
müraciət etsin, "qripdir” deməsin. Yaxud ola bilər ki, işlə bağlı çox adamla
təmasda olur, heç müəyyənləşdirə bilmir ki, onun təmasda olduğu şəxslərdə virus
var, yoxsa yox. Bu zaman da virusla bağlı yoxlanmaq vacibdir. Virus hava-damcı
yoluyla keçir. Ola bilər ki, küçədə yanından keçən adam maska taxmaz, asqırar,
öskürər və ona virusu yoluxdurar. İctimai nəqliyyatdan da istifadə edirsə,
burda da risk olur. Belə məqamlar varsa, yəni başqa insanlarla təmasda olursa,
bu zaman anında Covid-19-la bağlı yoxlanmaq vacibdir.
Yüngül əlamətlərlə keçirənlər soyuqdəymə bilirlər
İnfeksionist Nəzrin Mustafayeva bildirdi ki, hər qızdırmaya Covid-19 xəstəliyi kimi
yanaşmaq olmaz, ancaq yay ayları olduğu üçün əksər hallarda qrip simptomları
ilə müraciət edən xəstələrdə ilk ağıla gələn məhz Covid-19 infeksiyası olur:
"Qızdırma, boğaz ağrısı, öskürək kimi kəskin respirator əlamətləri əvvəllər
qripdə daha çox görmüşük. İndi nəzərə almalıyıq ki, yay fəslidir və qrip
ehtimalı azdır. Müraciət edən xəstələrin də müayinəsi zamanı yeni növ
koronavirus infeksiyası diaqnozu təsdiqlənir. Ancaq qarşıdan payız-qış fəsilləri
gəlir. Payız aylarında mövsümi qrip və digər respirator virus infeksiyaları da
baş qaldırdığı üçün artıq oxşar simptomlarla müraciət edənlərin hamısına Covid-19
xəstəliyi kimi baxa bilmərik, mövsümi respirator infeksiyalar baxımından da
xəstələr dəyərləndirilməlidir. Bu müalicə seçimi üçün çox vacibdir”.
Aygün Asimqızı