AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

COVİD-19 xəstəliyinin diaqnostikasında nələrə diqqət etməliyik?

COVİD-19 xəstəliyinin diaqnostikasında nələrə diqqət etməliyik?

Təfsilat
25 Sentyabr 2020, 15:00 196
"Həkim məsləhəti” rubrikasında COVİD-19 xəstələrinin müalicəsində iştirak edən həkim-rezident Hümmət Əhmədov "COVİD-19 xəstəliyinin diaqnostikasında nələrə diqqət etməliyik?” sualını cavablandırıb.
SARS CoV-2 virusu virulentlik baxımından digər koronavirus növləri olan SARS ve MERS-dən daha güclüdür. İnsan bu virusa yoluxduqdan sonra orta hesabla 4-5 gün çoxalma dövrü keçirir və bu da xəstəliyin gizli dövrüdür. Gizli dövrdə olan xəstələr sağlam insanlar üçün çox təhlükəlidirlər. Bu dövrdə xəstəlik daha yoluxdurucu olur. Bunun üçün hamının maska taxması vacibdir. Belə ki, özünü sağlam hesab edən insan özü də bilmədən xəstəliyin gizli dövrünü keçirə bilər. COVİD-19 xəstələri adətən xəstəliyin 6-7-ci günlərində ilkin əlamətləri hiss edirlər. Yoluxduqdan 8-9 gün sonra verilən PZR testin cavabı daha dəqiq olur. Artıq günlər keçdikcə diaqnostika üçün daha çox Kompüter Tomoqrafiyası görüntüsündə virus pnevmoniyasına məxsus əlamətlər diaqnoz qoymağa yardımçı olur. Xəstəliyin ilk günlərində tələsib KT çəkdirməyə ehtiyac yoxdur, çünki proses yeni başladığı üçün ağciyərlərdə nəzərə çarpan dəyişiklik görünməyə bilər. Son zamanlar ölkəmizdə də istifadə edilen seroloji testlər vasitəsilə biz xəstəliyin hansı mərhələdə olduğunu bilmək olar. Qanda İgM ve İgG anti-cisimlərin təyininə əsaslanan seroloji testlər xəstəliyin ilkin dövründə deyil, daha sonrakı dövrdə sağalmağa əmin olmaq üçün işlədilir. Yoluxduqdan 21 gün sonra bu test 90% həssas olur. Şübhəli bir xəstədə yaxma neqativdirsə, ancaq simptomları varsa, seroloji testlə dəqiqləşdirmək olar.