• cümə axşamı, 28 mart, 15:37
  • Baku Bakı 16°C

COVID-19-la bağlı 8 peyvənd klinik sınaqların sonuncu mərhələsindədi

20.09.20 12:49 554
COVID-19-la bağlı 8 peyvənd klinik sınaqların sonuncu mərhələsindədi
Hazırda dünyada yeni növ koronavirusla (COVID-19) əlaqədar 8 peyvəndlə bağlı sınaqlar klinik yoxlamaların sonuncu, üçüncü mərhələsindədir və insanlar üzərində testdən keçirilir.
AZƏRTAC xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST bir peyvəndlə bağlı isə üçüncü mərhələdə sınaqların aparılmasına icazə verib. ÜST üçüncü mərhələ sınağı aparılan peyvəndlərdən 5-nin təcili istifadəsinə də icazə verib. Onlardan ABŞ və İngiltərədə iki peyvəndin sınaqlarının oktyabrda tamamlanaraq kütləvi şəkildə tətbiq edilməsi nəzərdə tutulur.
Bundan əlavə, Çin və Rusiya hökumətləri tərəfindən təcili istifadəsinə icazə verilən sınaqları başa çatmamış 3 peyvəndə isə klinik sınaq proqramından əlavə tibb və dövlət sektorunda çalışanlara vurulmasına icazə verilib.
banner

Oxşar Xəbərlər