• cümə axşamı, 28 mart, 21:30
  • Baku Bakı 13°C

COVID-19-a yoluxan şəxs hansı müddətdən sonra peyvənd vurdurmalıdır?

06.04.21 16:45 1255
COVID-19-a yoluxan şəxs hansı müddətdən sonra peyvənd vurdurmalıdır?
Tibb işçilərinin COVID-19-a yoluxub xəstələndikdən 3 ay sonra, adi vətəndaşların isə 6 aydan sonra virusa qarşı peyvənd vurdurması məsləhətdir.
Bunu Trend-ə həkim Emil Qasımov deyib.
Onun sözlərinə görə, COVID-19-a qarşı vurulan peyvəndin qoruyuculuğunun nə qədər davam edəcəyi hələ bilinmir. Daha əvvəlki təcrübələrə - yuxarı tənəffüs yolları üçün istifadə olunan peyvəndləmələrə əsasən, COVID-19-a qarşı peyvəndin qoruyuculuğunun 6 ay - 1il davam edəcəyi ehtimal olunur:
"Vaxt irəlilədikcə peyvəndin vurulması təkrarlana bilər. İndiki vəziyyətimizə görə, bir ildən sonra peyvəndin vurulması təkrarlanmalıdır. Ancaq bunu zaman göstərəcək”.
banner

Oxşar Xəbərlər