• cümə axşamı, 25 aprel, 00:43
  • Baku Bakı 19°C

COVID-19-a spesifik simptomu olanlar üzgüçülük hovuzlarına və akvaparklara buraxılmamalıdırlar

13.06.20 17:08 501
COVID-19-a spesifik simptomu olanlar üzgüçülük hovuzlarına və akvaparklara buraxılmamalıdırlar
Üzgüçülük hovuzları və akvaparkların girişlərində termometriya təmin edilməlidir. COVID-19-a spesifik simptomu olanlar üzgüçülük hovuzlarına və akvaparklara buraxılmamalıdırlar.
Fiziki məsafənin qorunması məqsədilə çətirlərin oxlarının arasında minimal məsafənin 4, insanlar arasında fiziki məsafənin 2 metr (ailə üzvləri istisna olmaqla) olması, mümkün olan ərazilərdə, döşəmədə işarələrin yerləşdirilməsi təmin edilməlidir.
Bu məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin çimərlik və su istirahət mərkəzlərində (COVID-19) infeksiyasının profilaktikasına dair hazırladığı metodiki göstərişlərdə əks olunub.
Metodiki göstərişlərdə, həmçinin qeyd olunub ki, həmin məkanlarda sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanılması, dezinfeksiyanın tezliyinin artırılması, hovuzlarda suyun tərkibindəki dezinfeksiyaedici vasitələrin konsentrasiyasının beynəlxalq norma və standartlara uyğun olaraq tövsiyə olunan yuxarı hədlərdə saxlanılması, vətəndaşların təmasda olduğu əşya və səthlərin mütəmadi dezinfeksiya edilməsi, təmizlik vasitələri və dezinfeksiyaedici maddələrin fasiləsiz təmin edilməsi vacibdir.
Hovuz və akvapark əraziləri əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə, onların əməkdaşları yetərli sayda tibbi maska və əlcəklərlə (su ilə təmasda olmayan zəruri sahələrdə) təmin olunmalı, istifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbalar qoyulmalı və bu tullantılar müvafiq qaydada məhv edilməlidir.
Növbə ilə çalışan əməkdaşların eyni heyətdə işləmələri və rotasiya edilməməsi, qapalı zalların və otaqların mütəmadi havalandırılması, işçi heyətin mütəmadi olaraq maarifləndirilməsi, həmçinin onların infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı ən son məlumatlara sahib olması, tullantıların vaxtında kənarlaşdırılması, tullantı qablarının təmiz saxlanılması, vətəndaşların səhhətində yaranan problemləri (COVID-19-a spesifik olan simptomlar - qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) tibb məntəqəsinin əməkdaşlarına bildirməsi zəruridir.
banner

Oxşar Xəbərlər