• cümə, 19 Aprel, 12:49
  • Baku Bakı 25°C

Corciyada ağır yol qəzası baş verib

07.07.19 13:15 901
Corciyada ağır yol qəzası baş verib
ABŞ-ın Corciya ştatında şənbə günü baş verən ağır yol qəzasında 7 nəfər ölüb, daha 3 nəfər yaralanıb.
AZƏRTACxəbər verir ki, Fox News telekanalının yaydığı məlumata görə, Franklin dairəsindəki sürətli yolda üç avtomobil toqquşub. İçərisində 6 nəfərin olduğu yolsuzluq avtomobili məlum olmayan səbəbdən qarşı hərəkət zolağına çıxaraq furqona çırpılıb. O da üçüncü avtomobilə dəyib.
Polisin məlumatına görə, furqonun sürücüsü və üç sərnişini həyatını itirib. Qəzada, həmçinin yolsuzluq avtomobilindəki üç nəfər həlak olub, üçü isə yaralanıb.
Qəzanın səbəbi hələlik aydınlaşmayıb. Hüquq mühafizə orqanları təhqiqata başlayıb.
banner

Oxşar Xəbərlər