AZE | RUS | ENG |

Corciyada ağır yol qəzası baş verib

Corciyada ağır yol qəzası baş verib
7 nəfər ölüb, 3 nəfər yaralanıb

ABŞ-ın Corciya ştatında şənbə günü baş verən ağır yol qəzasında 7 nəfər ölüb, daha 3 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, Fox News telekanalının yaydığı məlumata görə, Franklin dairəsindəki sürətli yolda üç avtomobil toqquşub. İçərisində 6 nəfərin olduğu yolsuzluq avtomobili məlum olmayan səbəbdən qarşı hərəkət zolağına çıxaraq furqona çırpılıb. O da üçüncü avtomobilə dəyib.
Polisin məlumatına görə, furqonun sürücüsü və üç sərnişini həyatını itirib. Qəzada, həmçinin yolsuzluq avtomobilindəki üç nəfər həlak olub, üçü isə yaralanıb.
Qəzanın səbəbi hələlik aydınlaşmayıb. Hüquq mühafizə orqanları təhqiqata başlayıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9162
GEL 1 1 Gürcüstan larisi 0.5985
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1363
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.7269
KWD 1 1 Küveyt dinarı 5.5859
TRY 1 1 Türkiyə lirəsi 0.2968