AZE | RUS | ENG |

Corc Mayklın sənət kolleksiyası 10 milyon avroya satılıb

Corc Mayklın sənət kolleksiyası 10 milyon avroya satılıb
Vəfat etmiş tanınmış britaniyalı pop-ifaçı Corc Mayklın incəsənət kolleksiyasının çox hissəsi Christie (London) auksionunda 10 milyon avrodan artıq qiymətə satılıb. 2016-cı ilin qışında ölən vokalistin kolleksiyası internet auksionunda satışa çıxarılıb. Əldə olunan gəlir Mayklın həyatı boyu məşğul olduğu xeyriyyəçilik işlərinə sərf olunacaq. 27 ölkədən olan alıcılar "Gənc Britaniya incəsənəti” hərəkatına mənsub olan əsərlərə qiymət veriblər.

Damien Hirst, Tracey Emin, Sarah Lucas, Maykl Craig-Martin və Marc Quinn bu hərəkatın nümayəndələrindəndilər və onların yaratdıqları "Corc Maykl Koleksiyası”na daxildir. Bəstəkar nəinki bu sənətkarların əsərlərini toplayıb hətta onlarla canlı ünsiyyətdə də olmuşdur. Bu müğənninin avanqard yaradıcılığına olan ehtirasından irəli gəlirdi.

AZƏRTAC xəbər verir ki, öz qiymətini on dəfələrlə aşan Jim Lambienin "Etinadsız nəfəs” əsəri rekord qazanaraq 204,925 avroya satılıb.

Last Christmas qrupunun vokalçısı 2016-cı il dekabrın 25-də 53 yaşında ürək tutmasından dünyasını dəyişib. Maykl öz karyerası boyunca bütün dünyada 100-dən çox albom satıb. O, 1980-1990-cı illərin pop ulduzlarından biri olub.

Qeyd edək ki, Corc Maykl 1963-cü il iyunun 25-də Londonun şimalındakı Bushey şəhərində anadan olub. Gənc yaşlarından musiqiyə həvəs göstərib. Tələbəlik vaxtlarında bir sıra musiqi qruplarında çıxış edib. 1982-ci ildə "Wham!” qrupunu yaradıb. 1982 və 1986-cı illərdə onun üç diski işıq üzü görüb və müğənnini məşhur edib. O, 1987-ci ildən "Faith” albomu ilə solo karyerasına başlayıb. Bu disk onu dünya şöhrətli ifaçıya çevirib.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892