• çərşənbə, 24 Aprel, 00:50
  • Baku Bakı 14°C

Corc Buşu corabla təbrik etdilər

13.06.13 10:09 1472
Corc Buşu corabla təbrik etdilər
Ata Buş kimi məşhur olan ABŞ-ın eks-prezidenti Corc Buşun dünən 89 yaşı tamam olub. Ata Buş ad günündə bəlkə də bu yaşına qədər almadığı ən qeyri-adi bir hədiyyəyə layiq görülüb.
Minlərlə insan internetə onun üçün açıq rəngli corablarda çəkilmiş şəkillər yükləyib.
Məlumdur ki superdövlətin 41–ci prezidenti orijinal rənglərdə corablar geyinməyi çox sevir.
Hələ öz hakimiyyəti zamanı o çox tez-tez publika qarşısına, hətta rəsmi tədbirlərə belə rəngli corablarda çıxırdı.
Hətta 2012-ci ildə ata Corc Buş Ağ evdə oğul Buşun şərəfinə təşkil edilmiş rəsmi mərasimə qırmızı, ağ və mavi zolaqlı corablarda gəlmişdi.
2013-cü ilin aprelində isə kiçik Buşun Dallasda açılışı olan prezident mərkəzinə boz kostyumda, qırmızı qalstukda və cəhrayı corablarda gəlmişdi.
Ata Buşu bu şəkildə təbrik etmək fikri isə Corc Buş fondunun əməkdaşının birinin ağlına gəlib. O, internetdə, sosial şəbəkələrdə elan yayıb ki, böyük Buşu təbrik etmək istəyən hər kəs ən gözəl və qeyri adi corablarında şəkil çəkdirsin.
Bu təbrikə ABŞ-ın bir çox tanınmış simaları, siyasətçiləri və dövlət adamları da qoşulub, onlarn arasında ABŞ Konqresinin üzvü Nensi Pelosi, eks-müdafiə naziri Robert Qeyts və hətta ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays da var.
Təbrikə həmçinin eks-prezidentin ailə üzvləri və milyonlarca sadə amerkanlı qoşulub. Şəkillərlə bəramər internetdə “Ad günün mübarək cənab prezident , darıxdırıcı corablara son!!!” kimi şuarlar da yazılıb.
Ata Buş hazırda Parkinson xəstəliyindən əziyyət çəkir və əlil arabası ilə hərəkət edir.
O, 75, 80, 85 illiyini paraşütlə tullanaraq qeyd etmişdi, budəfəki doğum gününü isə Men ştatındakı istirahət evində həyat yoldaşı Barbara Buşla keçirib.
banner

Oxşar Xəbərlər