Corc Buş Azərbaycana gələcək

Corc Buş Azərbaycana gələcək

Təfsilat
12 Aprel 2013, 13:54 1264
ABŞ-ın sabiq prezidenti Corc. H. Buşun nəvəsi Corc P. Buş Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olacaq.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, səfər zamanı nəvə Buşun Dünya Azərbaycanlı Gəncləri Təşkilatı ilə birgə təşkil olunan Gələcəyin Liderləri panel sessiyasında çıxışı planlaşdırılır.

Qeyd edək ki, mayın 6-8-də Bakıda keçiriləcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən həyata keçirilir. Forumun əsas tərəfdaşları, Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace, Gəncə şəhər İcra Hakimiyyətidir.