• cümə, 29 Mart, 11:57
  • Baku Bakı 5°C

Coğrafiya İnstitutu: "Dayanmadan yağışların yağması Azərbaycan üçün qeyri-adi haldır"

18.10.16 13:25 1864
Coğrafiya İnstitutu: "Dayanmadan yağışların yağması Azərbaycan üçün qeyri-adi haldır"
Azərbaycanda oktyabr ayında dayanmadan bir neçə gün ərzində yağışların yağması ölkə üçün qeyri-adi haldır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm HəsənovAPA-ya bildirib ki, belə yağıntıların yağma ehtimalı 10-12 ildən bir ola bilər. Onun sözlərinə görə, fasilələrlə bu miqdarda yağıntı düşə bilər. M.Qasımov vurğulayıb ki, bu günlər ərzində ölkə ərazisinə artıq aylıq normanın xeyli hissəsi yağıb: "Azərbaycan üçün oktyabr ayında yağıntının çoxillik norması 33-35 mm-dir. Ancaq onun 50%-i artıq 4-5 gün ərzində yağıb. Əvvəlki illərdə 5 gün ərzində Bakıda dayanmadan yağışın olması ilə bağlı hər hansı bir qeydiyyat yoxdur. Demək olar ki, bu, çox az-az, nadir hallarda müşahidə olunan haldır”.

İqlimşünas vurğulayıb ki, havaların qeyri-sabit və yağıntılı keçməsinin səbəbi şimal-qərbhavakütləsinin respublikaya daxil olmasıdır. Buhavakütləsinin dayanıqlı olduğunu deyən M.Həsənov bildirib ki, tam şimal və ya qərbhavakütlələri ayrılıqda olduqda temperatur fərqi və yağıntılar 2-3 gündən artıq olmur: "Şimal-qərbhavakütlələri isə dayanıqlıdır və ola bilsin ki, yaxın 2-3 gün ərzində də belə havalar davam etsin”.
banner

Oxşar Xəbərlər