Con Kerri Paris razılaşmasını belə imzaladı - Maraqlı+Video

Con Kerri Paris razılaşmasını belə imzaladı - Maraqlı+Video

Təfsilat
23 Aprel 2016, 10:12 1807
ABŞ dövlət katibi Con Kerri BMT-nin baş qərargahında qlobal iqlim dəyişikliyi ilə bağlı Paris razılaşmasını nəvəsi qucağında imzalayıb.

APA-nın məlumatına görə, sənədi imzaladıqdan sonra o nəvəsini öpüb. Daha sonra BMT baş katibi Pan Gi Munla birlikdə xatirə fotosu çəkdirib.

Sənədi BMT-yə üzv olan 175 ölkə imzalayıb. Sənədi imzalayanlar arasında Azərbaycan da var.

Razılaşma 55 ölkənin ratifikasiya etməsindən 30 gün sonra qüvvəyə minəcək.