• cümə axşamı, 18 aprel, 16:18
  • Baku Bakı 22°C

Berat Albayrak: "Türkiyə hökuməti TAP və TANAP-a sonadək dəstək verəcək" - Yenilənib

17.05.16 18:45 1079
Berat Albayrak: "Türkiyə hökuməti TAP və TANAP-a sonadək dəstək verəcək" - Yenilənib
"Türkiyə hökuməti TAP vəTANAPlayihələrinə sona qədər dəstək göstərməkdə davam edəcək".

"APA-Economics" xəbər verir ki, bunu bu gün Yunanıstanın Soloniki şəhərində keçirilən TAP-ın təməlqoyma mərasimində çıxış edən Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak deyib.
Nazir qeyd edib ki,TANAPvə TAP təhlükəsiz transmilli dəyər zəncirinin yaranmasında yeganə yoldur: "Bu yol vasitəsilə əməkdaşlıq və tərəfdaşlıq çərçivəsində rəqabətli, dinamik, səmərəli və davamlı enerji bazarlarına sahib olmaq mümkün olacaq. Türkiyə təchizat diversifikasiyasını, o cümlədən enerji təhlükəsizliyini gücləndirmək üçün bütün iqtisadi layihələri müzakirə etməyə hazırdır".

Azərbaycanın baş nazirinin birinci müaviniYaqub Eyyubovisə deyib ki, TAP Avropa ölkələrinə nəinki enerji mənbələrini, habelə marşrutlarını diversifikasiya etmək imkanı yaradır: "Bu layihə Avropa ölkələrinə enerji təhlükəsizliyi məsələsində ciddi dəstək verəcək".
------------
17:39
"TAP layihəsinin reallaşması ilə Avropa bazarlarına yeni qazın çıxışına şərait yaranacaq".

"APA-Economcs" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerrinin TAP-ın təməlqoyma mərasimi iştirakçılarına ünvanladığı məktubunda deyilir. Məktubu ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn oxuyub.

"Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan Avropaya 10 milyard kubmetrdən çox qaz nəql olunacaq. Bu layihənin reallaşması ilə Avropa bazarına yeni qaz çıxacaq. Buna görə, nəinki Cənub Qaz Dəhlizi, o cümlədən Yunanıstan-Bolqarıstan qaz interkonnektoru ilə bağlı işlər davam etdirilməlidir. TAP və Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyə töhfə verəcək. Bugünkü təməlqoyma mərasimi Cənub Qaz Dəhlizinin tamamlanması istiqamətində atılan ən zəruri addımdır. Nəticədə həm regional, həm də Avropanın enerji mənbələrinin diversifikasiyası təmin ediləcək. ABŞ bu layihəyə dəstəyini davam etdirəcək".

----------
16:47

TAP layihəsinin icrası zamanı ətraf mühitin qorunması üçün maksimum səviyyədə tədbirlər görülüb.Bunu TAP-ın təməlqoyma mərasimində çıxışı zamanı Yunanıstanın baş naziri Aleksis Tsipras deyib.

"Görülən işlər ən sərt tələblərə cavab verir. Bundan başqa, yerli icmalara indiyədək 32 milyon avro ayrılıb. Layihənin icrası işsizlik səviyyəsinin azaldılması baxımından olduqca önəmlidir. Biz başqa bir dövrə qədəm qoyuruq. TAP-ın icrası Yunanıstan iqtisadiyyatının, o cümlədən sənayenin inkişafına böyük təkan verəcək", - deyə baş nazir qeyd edib.


-----------
16:32


Yunanıstanın Soloniki şəhərində Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) təməlqoyma mərasiminin rəsmi açılışı keçirilir.

"APA-Economics"in məlumatına görə, mərasimdə Yunanıstanın baş naziri Aleksis Tsipras çıxış edir. Baş nazir qeyd edib ki, TAP-ın tikintisi Yunanıstan və region iqtisadiyyatı üçün həlledici məqamda aparılır. A. Tsiprasın sözlərinə görə, Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP regional əməkdaşlığı tərənnüm edir: "Layihənin olduqca böyük geostrateji və iqtisadi əhəmiyyət var. Hər il TAP vasitəsilə 10 milyard kubmetr qaz nəql olunacaq. Lakin gələcəkdə kəmərin ötürücülük qabiliyyəti 20 milyard kubmetri ötə bilər. Tikinti işlərinə 8 000 insan cəlb olunacaq ki, bu da olduqca əhəmiyyətlidir. Yunan şirkətlərinin layihəyə cəlb olunması bizim üçün olduqca vacibdir".

Qeyd edək ki, təməlqoyma mərasimində Azərbaycandan olan nümayəndə heyətinə baş nazirin birinci müaviniYaqub Eyyubovrəhbərlik edir. Y. Eyyubovla yanaşı energetika naziriNatiq Əliyevvə SOCAR-ın prezidenti Rövnəq Abdullayev də iştirak edir.

Mərasimdə həmçinin Avropa Komissiyasının vitse-prezidentiMaroş Şevçoviç, ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokstayn, İtaliyanın dövlət naziri Klaudio de Vintsenti, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və layihənin iştirakçısı olan ölkələrin energetika nazirləri iştirak ediblər.

Qeyd edək ki, TAP "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Azərbaycan qazının bu kəmərlə nəqlinə 2019-cu ilin sonunda başlanması gözlənilir.

Xatırladaq ki, TAP-ın səhmdarları SOCAR (20%), BP (20%), "Snam” (20%), "Fluxys” (16%), "Enagas” (16%) və "Axpo” (5%) şirkətləridir. Kəmərin uzunluğu 878 km-dir.
banner

Oxşar Xəbərlər