• cümə axşamı, 25 aprel, 02:20
  • Baku Bakı 19°C

Con Bolton Şinzo Abe ilə görüşəcək

24.05.19 14:45 385
Con Bolton Şinzo Abe ilə görüşəcək
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və Yaponiyanın Baş Naziri Şinzo Abe ABŞ Prezidenti Donald Trampın Tokioya gözlənilən dövlət səfəri ərəfəsində görüşəcəklər.
AZƏRTACxəbər verir ki, bu barədə C.Bolton öz "Twitter” səhifəsində yazıb.
"Yaponiyanın Baş Naziri Şinzo Abe və onun diplomatiya və milli təhlükəsizlik məsələləri ilə məşğul olan komandası ilə keçiriləcək görüşü səbirsizliklə gözləyirəm”, - deyə C.Bolton yazıb. Müşavir qeyd edib ki, iki ölkə arasında ittifaq heç vaxt indiki qədər möhkəm olmayıb.
Bu ərəfədə D.Trampın mayın 25-dən 28-dək Yaponiyaya səfər edəcəyi və yeni İmperator Naruhito ilə görüşən ilk əcənəbi lider olacağı barədə məlumatlar yayılıb.
ABŞ liderinin Yaponiyaya səfəri zamanı onun təhlükəsizliyini 25 min polisin və digər təhlükəsizlik xidməti əməkdaşlarının təmin edəcəyi bildirilir.
banner

Oxşar Xəbərlər