• cümə, 29 Mart, 01:28
  • Baku Bakı 7°C

“Coker” filmi “IMDb” versiyasına görə bütün dövrlərin ən yaxşı onluğuna daxil edilib

12.10.19 10:00 709
“Coker” filmi “IMDb” versiyasına görə bütün dövrlərin ən yaxşı onluğuna daxil edilib
Dünyada kinematoqrafiya haqqında nəhəng məlumat bazası olan "IMDb” özünün 250 ən yaxşı film siyahısını yeniləyərək, Todd Fillipsin oktyabrın 3-də ekranlara çıxan "Coker” filmini 10-cu sırada yerləşdirib.
AZƏRTACxəbər verir ki, "Şouşenkdən qaçış”, həmçinin "Xaç atası” filminin ilk iki hissəsi liderlər üçlüyündə yerlərini qoruyub saxlayırlar. Onluğa "Qara cəngavər”, "12 hirsli kişi”, "Şindlerin siyahısı”, "Üzüklərin hökmdarı: Kralın qayıdışı”, "Kriminal qiraət” və "Yaxşı, pis, zalım” filmləri daxildir.
"Kulturomaniya” saytı bildirir ki, zorakılıq hərəkətlərinin həddən artıq olmasına görə tənqid edilən "Coker” filmi altı "Oskar” mükafatına layiq görülmüş "Yaxşı, pis, zalım”, "Döyüşçü klubu”, "Üzük qardaşlığı” və "Forest Qam” kimi ekran əsərləri ilə bərabər xal toplayıb.
Qeyd edək ki, ötən bazar ertəsi Fillipsin filmi Venesiya Kinofestivalında "Qızıl şir” mükafatına layiq görülüb. Fillips ona göstərilən yüksək etimada görə festivalın münsiflər heyətinə minnətdarlığını bildirib. O, həmçinin baş rolun ifaçısı Xoakin Feniksin ümumi nailiyyətdə xidmətini yüksək dəyərləndirib. Rejissor onu "ən cəsarətli şir” adlandırıb.
banner

Oxşar Xəbərlər