AZE | RUS | ENG |

COJEP beynəlxalq təşkilatının nümayəndələri Mətbuat Şurasında olublar

COJEP beynəlxalq təşkilatının nümayəndələri Mətbuat Şurasında olublar
Bu gün COJEP beynəlxalq təşkilatının rəhbəri Əli Gedikoğlunun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri - təşkilatın Avropa Parlamenti ilə iş şöbəsinin müdiri İfakat Yuna, Avropa Birliyi ilə əlaqələr koordinatoru Sati Arık və BMT üzrə əlaqələr koordinatoru Dudu Keleş Azərbaycan Mətbuat Şurasında olublar.
Qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən, beynəlxalq təşkilatlardakı təmsilçilik məsələlərindən söz açıb. O bildirib ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası, Avropa Mətbuat Şuraları Alyansı kimi birliklərin üzvü olan Azərbaycan Mətbuat Şurası Avropa Şuranın və Avropa Birliyinin, həmçinin BMT-nin Azərbaycan nümayəndəlikləri ilə fəal əməkdaşlıq edir.
COJEP rəhbəri Ə.Gedikoğlu bildirib ki, 2007-ci ildən beynəlxalq qurumlarda təmsil olunan COJEP-in mərkəzi Strasburqda yerləşir. Bundan başqa təşkilat Avropanın 14 ölkəsində fəaliyyət göstərir, irqçilik, ayrıseçkilik, islamafobiya, demokratikləşmə, bərabər hüquqlar istiqamətində çalışır. Təşkilatın məqsədi beynəlxalq təşkilatlarda ictimai birliklərin təsir gücünü artırmağa yönəlib.
Görüşdə COJEP nümayəndələrinin sentyabrın 1-dən 7-dək Cənubi Qafqaza səfəri gedişində müzakirə edilən məsələlər, qarşılıqlı əməkdaşlığın qurulması yolları ətrafında fikir mübadiləsi aparılıb.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973