• cümə axşamı, 28 mart, 20:16
  • Baku Bakı 13°C

Cocuq Mərcanlıya gedən avtomobil yolunun tikintisinə 4,3 milyon manat ayrılıb

10.02.17 18:44 1082
Cocuq Mərcanlıya gedən avtomobil yolunun tikintisinə 4,3 milyon manat ayrılıb
Prezidentİlham ƏliyevCəbrayılrayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 km olan avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə "Respublikanın kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması” üçün nəzərdə tutulmuş vəsaitin 4,3 milyon (dörd milyon üç yüz min) manatı "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
banner

Oxşar Xəbərlər