• şənbə, 20 Aprel, 14:58
  • Baku Bakı 23°C

Cocuq Mərcanlıda 30-dək toxucu qadın işlə təmin olunacaq

03.08.17 14:20 902
Cocuq Mərcanlıda 30-dək toxucu qadın işlə təmin olunacaq
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunuCəbrayılrayonunun Cocuq Mərcanlı kəndinə səfər edən "Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov bildirib.Onun sözlərinə görə, ilkin mərhələdə Cocuq Mərcanlıdan olan 30-dək toxucu qadın daimi iş yeri ilə təmin olunacaq: "Cocuq Mərcanlıdan olan toxucuların cəmiyyətinFüzulifilialında işlə təminatı məsələsini müzakirə etdik. Bu kənddən 20-25 nəfər xalçaçı sözügedən filialda daimi iş yeri ilə təmin olunacaq. Həvəsi olanlar xalçaçılıq-tədris hazırlıq kurslarına cəlb ediləcək.
Cəbrayılrayonu Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biri olub. Burada Qarabağ, Muğan, Təbriz, Ərdəbil çeşniləri əsasında yerli koloritə uyğun xovlu və xovsuz xalçalar, xalça məmulatları toxunub. Cəbrayılda xalçaçılıq Azərbaycanın digər rayonlarında olduğu kimi, qadınların kütləvi şəkildə məşğul olduqları sənət sahəsi olub”.
banner

Oxşar Xəbərlər