• cümə, 29 Mart, 05:47
  • Baku Bakı 7°C

Cocuq Mərcanlıda 25 nəfər özünüməşğulluq proqramına cəlb edilib

31.07.18 16:30 396
Cocuq Mərcanlıda 25 nəfər özünüməşğulluq proqramına cəlb edilib
Cocuq Mərcanlı kəndində özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən şəxslərdən müvafiq potensiallara malik 25 nəfər özünüməşğulluq proqramına cəlb olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics”ə verilən məlumata görə, ilkin mərhələdə onlar üçün kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara yiyələnmələri məqsədilə iki qrup üzrə təlim kursları təşkil edilib.
Qruplardan biri üzrə 13 nəfər artıq kursu başa vurub, təqdim etdikləri biznes-planları qiymətləndirmə zamanı müsbət dəyərləndirilib. Bu biznes-planların böyük əksəriyyəti kənd təsərrüfatı sahələri üzrə kiçik ailə təsərrüfatlarının yaradılmasını nəzərdə tutur. Digər qrup üzrə 12 nəfərin təlim prosesi isə davam edir.
Təlim kurslarını başa vuranların uğurlu hesab edilən biznes-planları üzrə kənddə kiçik ailə təsərrüfatlarının yaradılması, məşğulluq imkanlarının artırılması, nəticə etibarilə burada kiçik sahibkarlığın inkişafının dəstəklənməsi məqsədilə yaxın vaxtlarda aktivlərlə (mal və materiallarla) təminatın həyata keçirilməsinə başlanacaq.
banner

Oxşar Xəbərlər