AZE | RUS | ENG |


Cocuq Mərcanlı məscidində vəhdət namazı qılınıb

Cocuq Mərcanlı məscidində vəhdət namazı qılınıb
Dövlət qeydiyyatından keçərək Göyçay rayonunda fəaliyyət göstərən bir qrup dini icma sədri və din xadimi Cəbrayılda Cocuq Mərcanlı məscidini ziyarət edərək orada vəhdət namazı qılıblar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, məscidin ziyarəti Göyçay Rayon İcra Hakimiyyəti və Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşəbbüsü ilə həyata keçirilib.
 
"Prezident İlham Əliyevin göstərişinə əsasən inşa olunmuş Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar vəhdət namazı qılaraq ölkəmizdə mövcud olan firavanlığın və sülh şəraitinin əbədi olması, eləcə də Qarabağdakı bütün məscidlərimizdə də azan səsinin ucalması  üçün dualar ediblər”, - deyə Dövlət Komitəsinin məlumatında bildirilib.  





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001