• cümə axşamı, 28 mart, 13:07
  • Baku Bakı 16°C

Cocuq Mərcanlı məscidində vəhdət namazı qılınıb

07.08.17 19:50 1452
Cocuq Mərcanlı məscidində vəhdət namazı qılınıb
Dövlət qeydiyyatından keçərək Göyçay rayonunda fəaliyyət göstərən bir qrup dini icma sədri və din xadimi Cəbrayılda Cocuq Mərcanlı məscidini ziyarət edərək orada vəhdət namazı qılıblar.Dini Qurumlarla İş üzrə Dövlət KomitəsindənAPA-ya verilən məlumata görə, məscidin ziyarəti Göyçay Rayon İcra Hakimiyyəti və Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşəbbüsü ilə həyata keçirilib.
"Prezident İlham Əliyevin göstərişinə əsasən inşa olunmuş Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixiŞuşaməscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar vəhdət namazı qılaraq ölkəmizdə mövcud olan firavanlığın və sülh şəraitinin əbədi olması, eləcə də Qarabağdakı bütün məscidlərimizdə də azan səsinin ucalması üçün dualar ediblər”, - deyə Dövlət Komitəsinin məlumatında bildirilib.
banner

Oxşar Xəbərlər