• çərşənbə axşamı, 16 aprel, 16:51
  • Baku Bakı 19°C

“Coca-Cola” Azərbaycanda qiyməti qaldırır

13.01.15 11:11 1284
“Coca-Cola” Azərbaycanda qiyməti qaldırır
“Azərbaycan Coca-Cola Bottlers” MMC yanvarın 24-dən etibarən istehsal etdiyi bir sıra sərinləşdirici qazlı və qazsız içkilərin qiymətini artıracaq.
“APA-Economics”in məlumatına görə, bu barədə şirkətin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Belə ki, şirkət qazlı və qazsız içkilərin qiymətini 10-20 qəpik bahalaşdıracaq.
Qiymətlər mərhələli şəkildə bu cür reallaşdırılacaq:
- 0,5 lt plastik qabda qablaşdırılan “Cappy” içkisinin tövsiyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə
- 0,5 lt plastik qabda qablaşdırılan “Fuse tea” içkisinin tövsiyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə
- 0,5 lt plastik qabda qablaşdırılan “Burn” içkisinin tövsiyə olunan satış qiyməti 1 manat 90 qəpikdən 2 manat 10 qəpiyə
- 0,5 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazlı və qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 20 qəpikdən 25 qəpiyə
- 2 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazlı və qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 50 qəpikdən 60 qəpiyə
- 5 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 1 manat 10 qəpikdən 1 manat 30 qəpiyə artırılacaqdır.
banner

Oxşar Xəbərlər