• cümə axşamı, 25 aprel, 02:43
  • Baku Bakı 19°C

CO2 tullantılarına yeni məhdudiyyətlər tətbiq ediləcək

15.11.18 14:15 505
CO2 tullantılarına yeni məhdudiyyətlər tətbiq ediləcək
Avropa Parlamenti Avropa İttifaqında (Aİ) yük avtomobilləri və avtobusların atmosferə buraxdığı karbon 2-oksidi tullantılarının icbari normalarını tətbiq etmək niyyətindədir.
AZƏRTACxəbər verir ki, artıq Avropa Parlamenti Aİ-nin təqdim etdiyi müvafiq qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu sənədin lehinə 373, əleyhinə 286 deputat səs verib. Yeni qanuna görə, avtomobil istehsalçıları bu cür avtomobillərdə zərərli maddələrin emissiyasını xeyli azaltmalıdır. Xüsusən, 2025-ci ildə bu nəqliyyat vasitələrinin atmosferə buraxdığı karbon 2-oksidi tullantılarının miqdarı indikindən 20 faiz, 2030-cu ildə isə 35 faiz az olmalıdır.
Bundan başqa, avtomobil konsernlərinin 2030-cu ilədək istehsal edəcəkləri yük maşınlarının 20 faizini zərərli qazların 50 faiz az emissiyası olan nəqliyyat vasitələri təşkil etməlidir. Beləliklə, Avropa Parlamenti bu rəqəmin 15 faiz olmasını nəzərdə tutan Aİ-yə nisbətən daha sərt addımlar atıb. Qanun layihəsini təsdiq edən avropalı qanunvericilər Avropa Komissiyasına bu məsələdə Aİ Şurası ilə danışıqlar aparmaq səlahiyyəti verib.
Almaniyanın Federal Enerji və Su Təchizatı Müəssisələri Birliyinin jurnalistlərə verdiyi məlumata görə, bu ölkədə 1990-cı ildən etibarən atmosferə buraxılan zərərli qazların miqdarı 28 faiz azalsa da, yük avtomobillərinin karbon 2-oksidi tullantılarının emissiyası iki dəfə artıb. Eyni zamanda, Federal Sənayeçilər Dərnəyi hesab edir ki, parlamentarilərin bu qərarı düzgün deyil və yük avtomobillərinin zərərli qaz emissiyasının 2025-ci ilədək 7 faiz, 2030-cu ildə isə 16 faiz azaldılması daha real olardı.
banner

Oxşar Xəbərlər