• cümə, 19 Aprel, 02:25
  • Baku Bakı 18°C

“Üçlük” ərizə verdi, Tramp dəstəklədi

11.04.17 12:15 982
“Üçlük” ərizə verdi, Tramp dəstəklədi
ABŞ, Meksika və Kanada DÇ-2026-nı birgə təşkil etmək üçün ərizə təqdim ediblər.

Kaspi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu ideyanı dəstəkləyib. Bu barədə məlumatı ABŞ Futbol Federasiyasının prezidenti Sunil Qulati verib:

"ABŞ hökuməti və prezident Tramp bu ideyanı tam dəstəkləyirlər. Prezident xüsusən də Meksikanın bu layihənin bir hissəsi olmasına çox sevinir.

Müştərək layihə olduqca cəlbedicidir. 3 ölkədə 40-50 müasir stadion var. Bu stadionlar FİFA-nın bütün tələblərinə cavab verir. Üstəlik, DÇ-nin 3 ölkədə keçirilməsi futbol azarkeşləri üçün də bayramdır. Digər tərəfdən, bu layihə sosial yönümdən də əhəmiyyətlidir.

Əlbəttə, futbol bütün problemləri həll edə bilməz. Ancaq bəzi işləri bir neçə ölkənin komanda halında həll etməsi pozitiv məqam sayılacaq”.
banner

Oxşar Xəbərlər