• cümə axşamı, 25 aprel, 17:49
  • Baku Bakı 23°C

CL-ə vəsiqə qazanılmasa, pul da olmayacaq

05.02.19 15:00 707
CL-ə vəsiqə qazanılmasa, pul da olmayacaq
"Arsenal”ın baş məşqçisi Unai Emeri komandanı gücləndirmək üçün plan hazırlayıb.
Kaspi.az xəbər verir ki, Emeri əsasən müdafiə və yarımmüdafiə xəttini gücləndirməkdə maraqlıdır. O, yayda komandaya iki cinah, bir mərkəz müdafiəçisinin və 2 yarımmüdafiəçinin alınmasını planlaşdırır.
Ancaq bu planın reallaşması üçün "Arsenal” Çempionlar Liqasına vəsiqə əldə etməlidir. Əks-təqdirdə, klub rəhbərliyi yayda transferlər üçün cəmisi 45 milyon avro ayıracaq ki, bu da planın reallaşması üçün kifayət deyil.
"Arsenal” Emerinin planlarına daxil olmayan Məsut Özilə də müştəri tapılmasına cəhd göstərir. Məsutun yüksək məvacibi komanda üçün ciddi problem yaradır. Özilin həftəlik maaşı 400 min avrodur.
"Arsenal” qış transferi dönəmində "Barselona”dan Denis Suaresi icarəyə götürüb. "Topçular” onun müqaviləsinə sahib olmaq üçün 20,5 milyon avro ödəməlidirlər.
"Arsenal” hazırda 74 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
banner

Oxşar Xəbərlər