AZE | RUS | ENG |

“CinemaPlus” da “Kafalar karışıq” filminin nümayişi keçirilib

“CinemaPlus” da “Kafalar karışıq” filminin nümayişi keçirilib
"28 Mall” TM-də yerləşən "CinemaPlus” premium kinoteatrında "Kafalar karışıq” türk komedia filminin mətbuat nümayəndələri uçün nümayişi keçirilmişdir. Xüsusi maraqlı bir fakt odur ki, baş rol ifaçıları olan məşhur Türk vaynerlər öz obrazlarını əks etdirmişdirlər. Filmin rejissoru Yücel Yolcu. Baş rollarda Atakan Özyurt, Bilal Hancı, Fatih Yasin, Metin Akpınar və Feride Hilal Akin. Film haqqında qısa məlumat: Atakan, varlı bir ailənin qızı olan Buseyə aşiqdir. Evlənmələrinə tək mane isə Busənin babasıdır. Atakan da Buse ilə evlənmək üçün tək çarə olaraq, Busenin illər əvvəl itkin düşmüş atasını tapmaya qərar verir. Keçmiş dostlar Fatih və Bilal da əlbəttə bu macərada Atakana yoldaşlıq edəcəklər. Kafalar, axtarışları nəticəsində Antalya yollarına düşəcəklər və işlərin qarmaqarışıq bir hal almasıyla hərəkətli və gülməcəli bir macəra başlayacaqdır. "CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!    

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916