AZE | RUS | ENG |

“Cinayətkarların başını qarışdıran film...” - Onun film seçimi

“Cinayətkarların başını qarışdıran film...” - Onun film seçimi
Yəqin ki, siz də boş vaxtlarınızda film seyr etməyi sevirsiniz. Amma yaxşı filmi tapmaq da elə asan iş deyil. İşinizi asanlaşdırmaq üçün bu rubrikada bir-birindən maraqlı filmlərin adını sizlərə təqdim edirik. Rubrikamızın budəfəki qonağı millət vəkili Elman Nəsirovdur.   Müsahibimin siyahısında ilk yeri "Arşın mal alan” filmi tutur: "Məndə olan məlumata görə, film 86 dilə tərcümə edilib ki, bu da rekord nəticədir. Hətta bildiyimə görə, bu filmdən təsirlənən tanınmış rejissorlardan biri eyni motivlər əsasında «Məhəbbət» adlı bir film çəkib. "Arşın mal alan” filmi sovet kinosunun geniş şəkildə təbliğ olunmasına səbəb olub.
E.Nəsirovun film siyahısında ikinci yeri «Nəsimi»filmi tutur. Həmsöhbətim deyir ki, bu film uşaqlıqdan onun yaddaşına həkk olub. Düşünür ki, filmdə Azərbaycanın dahi şairi Nəsiminin əsl portreti böyük ustalıqla yaradılıb.
Növbəti pillədə "Uşaqlığın son gecəsi” filmi dayanır. Millət vəkili deyir ki, insanın uşaqlıqda sevərək izlədiyi  filmlər onun sonrakı həyatına da sirayət edir və sevimliləri siyahısında qalır. Bu baxımdan «Uşaqlığın son gecəsi» onun yaddaşında silinməz izlər buraxıb. Çünki filmə baxarkən onun özü də uşaq olub.   Millət vəkilinin sevdiyi filmlər sırasında dördüncü yeri "Baharın on yeddi anı” tutur: "Bu filmi hər birimiz çox səbirsizliklə gözləyirdik. Bizim yaşıdlarımız indi onu böyük nostalgiya ilə xatırlayır. Həmin dövrdə film o qədər məşhurlaşmışdı ki, cinayətkarlığın səviyyəsi kəskin şəkildə aşağı düşmüşdü. Çünki cinayətkarların belə başı filmə baxmağa qarışırdı”.  
Nəhayət, sonuncu pillədə isə Elçin Musaoğlunun "Qırxıncı qapı” filmi dayanır: "Bu film haqqında İranda, ABŞ-da, Türkiyədə və bir sıra Avropa ölkələrində müsbət fikirlər səsləndirilib. Düşünürəm ki, filmi Azərbaycan kinosunun yeni nəslinin özünü təsdiqlədiyi işlər arasındadır”.
 
Şəbnəm Mehdizadə

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775