• cümə, 29 Mart, 02:56
  • Baku Bakı 7°C

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

16.04.18 13:30 815
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 170 cinayət faktı qeydə alınıb, onların da 25-i "isti izlər”lə açılıb.
Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 24 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər