• cümə axşamı, 25 aprel, 20:27
  • Baku Bakı 21°C

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

24.02.18 11:10 600
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 103 cinayət faktı qeydə alınmış, onların da 18-i "isti izlər”lə açılıb.
Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 6-nın açılması təmin olunub.
Axtarışda olduğuna görə 60 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər