• cümə axşamı, 28 mart, 16:09
  • Baku Bakı 16°C

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

27.03.18 10:00 658
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 80 cinayət faktı qeydə alınıb, onların da 15-i "isti izlər”lə açılıb.
Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər