• şənbə, 20 Aprel, 02:31
  • Baku Bakı 15°C

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

30.04.18 11:10 717
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 155 cinayət faktı qeydə alınıb, onların da 20-i "isti izlər”lə açılıb.
Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 26, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər