• cümə, 26 Aprel, 00:47
  • Baku Bakı 16°C

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb

09.03.18 10:20 799
Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 72 cinayət faktı qeydə alınıb, onların da 14-ü "isti izlər”lə açılıb.
Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər