• çərşənbə, 24 Aprel, 14:04
  • Baku Bakı 27°C

Cinayət törətdiyi üçün Rusiyaya qaçan azərbaycanlı geri veriləcək

02.05.17 18:35 1602
Cinayət törətdiyi üçün Rusiyaya qaçan azərbaycanlı geri veriləcək
Azərbaycanda cinayət törətdiyi üçün Rusiyada saxlanılan 23 yaşlı azərbaycanlı ölkəyə təhvil veriləcək.

APA-nın "TodayNewsUfa”ya istinadən verdiyi məlumata görə, həmin şəxs Azərbaycanda ağır cinayət törətməkdə ittiham edilir. O, 2015-ci ildə tanışını bıçaqlayıb. Həmin şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.

Təqsirkar cinayəti törətdikdən sonra Başqırdıstana qaçıb və qanunsuz şəkildə işə düzəlib. Ötən ilin dekabrında o, saxlanılıb. Rusiya Federal Penitensiar Xidməti qanunsuz miqrantın Azərbaycana qaytarılması ilə bağlı müvafiq sənədlər hazırlayır.
banner

Oxşar Xəbərlər