• çərşənbə axşamı, 23 aprel, 21:28
  • Baku Bakı 20°C

Cinayət Məcəlləsinə yeni maddə əlavə edildi

25.05.15 12:05 1044
Cinayət Məcəlləsinə yeni maddə əlavə edildi
Prezident İlham Əliyev Cinayət Məcəlləsinə dəyişiklərlə bağlı qanunu təsdiqləyib. AzərTAc-ın məlumatına görə, dəyişikliyə əsasən, Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 318-2-ci maddə əlavə edilib:
“Maddə 318-2. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsi
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumatın verilməməsi -
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır”.
banner

Oxşar Xəbərlər