• cümə axşamı, 18 aprel, 10:15
  • Baku Bakı 12°C

Cinayət Məcəlləsində dəyişiklikləri nəzərdə tutan qanun təsdiqlənib

05.06.13 11:51 1841
Cinayət Məcəlləsində dəyişiklikləri nəzərdə tutan qanun təsdiqlənib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 14 may tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində Azərbaycan qanunlarının və Azərbaycan prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin, üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan prezidentinə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat versin, qanundan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Qeyd edək ki, dəyişikliyə əsasən, Cinayət Məcəlləsinin 147.1-ci maddəsində “və ya kütləvi informasiya vasitəsində” sözləri, “kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri, 148-ci maddəsində “və ya kütləvi informasiya vasitəsində” sözləri” isə “kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilib.
banner

Oxşar Xəbərlər