• cümə axşamı, 25 aprel, 17:25
  • Baku Bakı 23°C

“Cihad yerimiz Qarabağdır”

21.04.14 11:57 1211
“Cihad yerimiz Qarabağdır”
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri “Hər ay bir gün” adlı növbəti aksiyasını şəhidlər xiyabanında həyata keçirib. Gənclər, Şəhidlər Xiyabanında müqəddəs şəhidlərimizin məzarları üzərində və ətrafında təmizlik işlərini həyata keçiriblər.
Birliyin sədri Sevinc Əzimbəylinin verdiyi məlumata görə, il boyunca “Yeni Üfüq”ün gəncləri məmləkətimizin qəhrəman şəhid övladlarının xatirəsini əziz tutaraq, “Hər ay bir gün” adlı aksiyasını davam etdirməkdədir.
“Əsas hədəfimiz ölkəmizdə milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik hisslərinin gənclərimiz arasında yüksəltməkdən ibarətdir. Bu gün Suriya torpaqlarında öldürülən Azərbaycan gənclərinin cihad yeri doğma Qarabağ, şəhidliyə gedən yolda istinad nöqtəsi isə Azərbaycanın qəhrəman şəhid övladları olmalıdır” – deyə S.Əzimbəyli bildirib.
banner

Oxşar Xəbərlər