AZE | RUS | ENG |

Ciddi uğurlar əldə etmişik müsahibə

Ciddi uğurlar əldə etmişik müsahibə
Hicran Hüseynova: «Komitə qarşıda duran vəzifələrin həlli istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirir»

Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin yeddi yaşı tamam olur. Komitənin sədri Hicran Hüseynovanın «Kaspi»yə müsahibəsini təqdim edirik.

-Hicran xanım, komitənin yaranmasından ötən yeddi ili necə xarakterizə edərdiniz?
-Qadın problemlərinə həmişə xüsusi diqqətlə yanaşan Ulu Öndər Heydər Əliyev bu məsələlərin vahid mərkəzdən idarə olunması məqsədilə 1998-ci il yanvarın 14-də Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzaladı. Ümummilli Liderin siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin Fərmanı ilə keçmiş Komitənin bazası əsasında 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.
Yeddi ildir fəaliyyətə başlamış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üç istiqamət üzrə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələri həyata keçirmək məqsədi ilə bütün gücünü səfərbərliyə alaraq milli dövlətçiliyin daha da möhkəmləndirilməsinə töhfə verməyə çalışır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailələrlə bağlı dövlət siyasətinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirir. Komitə tərəfindən gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması, uşaq və yeniyetmələrin milli-mənəvi ruhda tərbiyə edilməsi, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində mütəmadi olaraq genişmiqyaslı maarifləndirmə kampaniyası reallaşdırılır. Maarifləndirmə işi çərçivəsində aktual mövzularda mühazirələr təşkil edilmişdir. Heydər Əliyev Fondu və BMT Əhali Fondu ilə birgə “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihəsi çərçivəsində bir sıra maraqlı tədbirlər keçirilmişdir. Həmçinin “Beynəlxalq Ailə Günü” ərəfəsində Azərbaycanın hər bir rayonunu əhatə edən tədbirlər və yekun olaraq “Ailə bayramı” təşkil olunmuşdur. Eyni zamanda həmin silsilənin davamı olaraq “Azərbaycan ailəsi” film festivalı təqdim olunmuşdur. İl ərzində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam”, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın və böyük ziyalı, şərqşünas Aida İmanquliyevanın xatirələrinə həsr edilmiş yazı müsabiqələri aparılmış və qaliblər mükafatlandırılmışdır.
Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri şəbəkəsi il ərzində ardıcıl fəaliyyətini davam etdirmiş, müvafiq regionlarda xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial reabilitasiyası və lazımi dəstəklə təmin olunması istiqamətində məqsədyönlü iş aparmışdır.
Bu kimi taleyüklü məsələlərin həllində Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın daimi dəstəyini hiss etmişik.
- Son bir ildə hansı işlər görülüb?
- Bu gün məişət zorakılığı probleminin həlli ən aktual vəzifələrdən biri kimi qarşıda durur. Ötən il ərzində bu məqsədlə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun təbliği sahəsində geniş maarifləndirmə kampaniyası həyata keçirilmişdir. “Qadınlara qarşı zorakılığa “YOX” adlı tədbirimiz də xüsusi rezonansa səbəb olan tədbirlərdən idi.
“Sarlam ailə sarlam cəmiyyətin təməlidir” adlg silsilə tədbirlərin yekunu kimi keçirilən konfransg da xğsusi qeyd etmək istərdim.
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Müstəqil Azərbaycan 20 il: Dövlət ailə, qadın və uşaq siyasəti “ mövzusunda elmi-praktik konfrans təşkil olunmuşdur. Bu günlərdə həmin konfransın materialları əsasında iri həcmli, sanballı bir kitab da nəşr etdirmişik.
Komitə uşaqların müdafiəsinin gücləndirilməsi, onların hüquqlarının təmin edilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirmişdir.
1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə keçirilən tədbirlər minlərlə uşağı əhatə etmişdir. Uşaqlarla bağlı İnternet-portal - “Ushaqlar.az” saytı yaradılmışdır.
Uşaqların övladlığa verilməsi, onların sonrakı həyat şəraiti və tərbiyəsinə nəzarətin həyata keçirilməsi qaydaları işlənib hazırlanmışdır.
Habelə ötən il mayın səkkizində “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydaları haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Fərman imzalamışdır. Komitədə bu Fərmandan irəli gələn məsələlərin həlli istiqamətində də bir sıra işlər görülmüşdür. Bu il yanvarın 13-də Nazirlər Kabinetinin “Uşaqlarla bağlı təşkilatların elektron məlumat bankı haqqında” Qərarı təsdiqləndi ki, biz bu istiqamətdə də tədbirlər planı hazırlayıb həyata keçirməyə başlamışıq.
Onsuz da uşaq məsələləri ilə məşqul olan Komitənin səlahiyyətləri daha da genişləndirilərək Uşaq hüquqlarına nəzarət də dövlət tərəfindən bizim quruma həvalə olundu.
“Yarat” incəsənət məkanıyla birgə təşkil etdiyimiz tədbirdə istedadlı uşaqların üzə çıxarılması, onların həyata kreativ baxışlarının formalaşdırılması önə çəkilmişdir.
YUNİSEF-lə birgə küçə uşaqları problemi ilə bağlı geniş araşdırma, habelə, erkən nikahlar mövzusunda irimiqyaslı layihə gerçəkləşdirilmişdir.
-Komitənin xarici dövlətlərdəki müvafiq qurumlarla əməkdaşlıq məsələləri barədə nə deyərdiniz?
- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir sıra ölkələrin müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq münasibətlərinin qurulmasını, eləcə də beynəlxalq təşkilatlarla əlaqələrin inkişaf etdirilməsini prioritet istiqamətlərdən biri kimi seçmişdir. Komitə ikitərəfli münasibətlərin davam etdirilməsi üçün il ərzində İndoneziya, Latviya, Türkmənistan, Qətər, Türkiyə, Bolqarıstan, Mərakeş, İsveç, İsveçrə kimi ölkələrin qadın və uşaq məsələləri üzrə məsul qurumları ilə zəruri tədbirlər keçirmişdir. Eyni zamanda, Avropa Şurasının Qadınlarla Kişilər arasında Bərabərlik üzrə Komitəsi, BMT Uşaq Fondu, BMT Əhali Fondu, BMT-nin Avropa üzrə iqtisadi Komissiyası, Avropa Birliyinin Uzunmüddətli İnkişaf Proqramı, ATƏT-in Bakı Ofisi, Avropa Şurasının İnformasiya Ofisi və s. təşkilatlarla əməkdaşlıq etmişdir.

-Komitənin fəaliyyəti ilə bağlı daha nələrə toxunmaq istərdiniz?
- Ailə, qadın və uşaq problemlərinin həlli sahəsində hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində müntəzəm olaraq yeni önəmli addımlar atılmışdır. Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, qızlar üçün nikaha daxil olma yaşının 17 yaşdan 18 yaşa qaldırılması və qadını nikaha daxil olmağa məcbur etməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi ilə bağlı müddəalar təsbitini tapmışdır. Bu məsələlərin həllində ölkəmizin Birinci Xanımı, millət vəkili Mehriban xanım Əliyevanın bizə dəstəyini xüsusi qeyd etmək istərdim.
Ötən dövr ərzində əldə edilən ciddi uğurlardan biri uşaq və qadın qeyri-hökumət təşkilatlarının fəallığının əhəmiyyətli dərəcədə artırılması, onların problemlərinin həlli prosesinə fəal surətdə cəlb edilməsidir.
Eyni zamanda qadın sahibkarlığı və bununla bağlı Komitəmizin təşkilatçılığı ilə keçirilmiş Forumu xüsusi qeyd etmək istərdim.
Komitə qarşıda duran vəzifələrin həlli istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirir. Gələcəkdə müvafiq sahə üzrə işlərin daha geniş vüsətlə aparılması nəzərdə tutulur.
-Suallarımıza ətraflı cavab verdiyiniz üçün təşəkkürümüzü bildiririk. Sizi və kollektivinizi Komitənin 7 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir və səmərəli fəaliyyətinizdə uğurlar arzulayırıq.
- Sağ olun, təşəkkür edirəm.
Aygün CƏFƏRLİ

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299