• çərşənbə, 24 Aprel, 07:31
  • Baku Bakı 13°C

“Ciddi deyirəm, kimsə fikirləşir ki, ondan güclü oyunçu var?”

04.10.18 14:25 804
“Ciddi deyirəm, kimsə fikirləşir ki, ondan güclü oyunçu var?”
BBC-nin eksperti Qari Lineker növbəti dəfə Lionel Messi barədə danışıb.
Kaspi.az xəbər verir ki, Lineker Messini dünya futbol tarixinin ən güclü oyunçusu hesab etdiyini vurğulayıb. İngiltərə yığmasının sabiq üzvü "tvitter”də belə yazıb:
"Yəni həqiqətən kimsə fikirləşir ki, dünya futbolunun tarixində Messidən güclü oyunçu var? Ciddi deyirəm, beləsi var?”
Linekerin izləyicilərindən biri Ronaldonun daha güclü futbolçu olduğunu yazanda, o, həmin şəxsə 5 gülüş işarəsi ilə cavab verib.
"Barsa” ÇL-in qrup mərhələsinin 2-ci turunda "Tottenhem”ə 4:2 hesabı ilə qalib gəlib. Messi bu oyunda dubl edib.
banner

Oxşar Xəbərlər