• cümə, 29 Mart, 02:14
  • Baku Bakı 7°C

Cibgirliklə məşğul olan şəxslər saxlanılıb

05.12.18 12:45 626
Cibgirliklə məşğul olan şəxslər saxlanılıb
Noyabrın 22-də və 24-də paytaxt sakini olan iki qadının çantasından pul və qiymətli əşyalar oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum edilmiş - Bakı şəhər sakini Teymur Hüseynov və Kürdəmir rayon sakini Vasif Babayev Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, T.Hüseynovdan 0,159 qram və V.Babayevdən 0,172 qram heroin götürülüb.
Həyata keçirilən əlavə tədbirlərlə onların dekabrın 3-də 40 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunda Bakı şəhər sakininin cibindən mobil telefonunu oğurladıqları da müəyyən edilib.
Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Həmin şəxslərin digər analoji cinayətlər törətmələri də istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
banner

Oxşar Xəbərlər